1 Aprel 2026 / 15:32

İNANILMAZ: Afaq Bəşirqızı küsülü olduğu adamla 15 il səhnədə birlikdə rol oynayıb

“Mən də yalan danışmışam: kiminsə çantamda nəyinsə olduğunu bilməməsi üçün. Müqəddəs yalan danışmışam: kiminsə evini yıxmadan. Hər bir insanı bağışlayaram, ürəyimdə kin yoxdur. Xətrimə dəyəni silirəm”.

Tezadlar.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı rejissor Nail Naiboğlunun yutub layihəsində deyib. Aktrisa sənət adamlarının həyatından, incəsənətdən danışıb. Bəşirqızı yaşadığı küsülülüklərdən də söz açıb: “15 il danışmadığım adamla səhnədə birlikdə rol oynadım. Gəldi, qarşımda diz çökdü. Dedim, aktyoruq, bir səhnədə oynaya bilərik. Amma get işinlə məşğul ol, səni insan saymıram. Tək Afaqla olmaz. Səhnədə gül, alqış lazımdır. Başıma yığmışam cavanları, orta yaşlıları. Mənim tamaşamda onlar xoşbəxt olurlar. Buna görə mənə paxıllıq çəkmək olmaz. Bilmirsən bir saat yarım səhnədə nələr çəkirəm. Yenə də bu vəziyyətdə səhnəyə çıxır, gülüş payını tamaşaçıya verirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!