Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Təyyar Bayramov mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirəsini dilə gətirib.
Tezadlar.az xəbər verir ki, xanəndə bu sözləri deyib:
“Əfsanəvi sənətkarımızı itirdik. Bütün Azərbaycan xalqına başsağlığı verirəm. Rasim Balayev bizim özümüz, simamız idi. Bir dəfə sənətə yeni başlayanda Əməkdar artistlər Babək Niftəliyev və İlkin Əhmədovla birlikdə el şənliyində idik. Rasim Balayev bizi üçümüzü də çağırdı və dedi ki, sözüm var. Birinci Muğam müsabiqəsi xalqımız tərəfindən çox gözəl qarşılanmışdı. Dedi ki, mən də sizin kimi bir gecədə tanınmışam. Bu çox gözəl bir haldır, amma çətin tərəfi də var. Sizə bir nəsihət versəm, qəbul edərsiniz? Dedi ki, çalışın beyniniz dumanlanmasın. Hər zaman xalqla olun və onların sevgisini qazanın. Özünüzdən əvvəl zəhmət çəkən sənətkarları, onların sadəliyini düşünün. O zaman bu həyatda uğur qazanacaqsınız. Rasim Balayevin bu sözləri hər zaman yaddaşımızdadır. Bu, bir ağsaqqal nəsihəti idi”.
Xatırladaq ki, Rasim Balayev bir neçə gün öncə İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.