Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aktyor Müşviq Şahverdiyev həmkarı Fərda Xudaverdiyevlə heç vaxt küsülü olmadığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində bildirib. M.Şahverdiyev qeyd edib ki, bəzi həmkarları onların küsülü olduqlarını zənn edir: “Hamı fikirləşirdi ki, küsülüyük. Aramızda balaca bir soyuqluq yaranmış ola bilər, amma küsməmişdik. Layihə bitdikdən sonra ola bilər ki, səhv məndə olub, axtarmamışam. Birimiz bir dəfə zəng vurarıq, digəri isə telefonu açmaz. Bu da xətrimizə dəyər və soyuqluq yaranar. Amma bir də var ki, nəyinsə üstündə dalaşasan, belə şeylər olmayıb. Tamaşaçılar və eyni sahədə çalışdığımız insanlar elə düşünür ki, Fərda və Müşviq illərdir küsülüdürlər. Bəziləri deyir ki, bir-birindən zəhlələri gedir, heç vaxt bir araya gəlməzlər. Haqqımızda niyə belə danışırlar, bilmirəm”.