Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Toray Bayramovun ailəsində sevinc dolu anlar yaşanıb. Futbolçunun qızı Alinanın 1 yaşı tamam olub.
Tezadlar.az xəbər verir ki, bu münasibətlə futbolçunun xanımı Nəzrin xanım sosial media hesabında duyğusal paylaşım edib. O, övladını bu sözlərlə təbrik edib: “Bu gün sənin 1 yaşın tamam oldu, balaca gözəlim. Evimizin əyləncəsi, şən, sakit və ağıllı balam. Yaxşı ki, gəldin dünyamıza. Səni çox sevirəm, Alinam! Ömrün çox uzun, canın həmişə sağlam olsun!”
Səbinə Bağırova













