19 İyul 2021 / 09:05

İSMAYILLIDA TOYDA DAVA: BƏYLƏ QARDAŞI BIÇAQLANDI, ATASI ÜRƏK TUTMASINDAN KEÇİNDİ

İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində mübahisə düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb: “Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!