2 Aprel 2026 / 22:27

“Çocuklar Duymasın”ın Emine-si tanınmaz hala düşdü

“Çocuklar Duymasın” serialında Emine obrazı ilə tanınan Melek Şahinin 25 il sonrakı dəyişimi pərəstişkarlarını heyran qoyub. 

Tezadlar.az xəbər verir ki, 2002-ci ildə bütün Türkiyənin danışdığı serialda Çayçı Hüseynin həyat yoldaşı kimi çıxış edən Emine obrazı səmimi rəftarı ilə rəğbət qazanmışdı. Hazırda 55 yaşı olan Melek Şahinin real həyatdakı tərzi serialdakı obrazından tamamilə fərqli olması görənləri şoka salıb.

Melek Şahin verdiyi müsahibələrin birində Emine obrazının izləyicilərlə qurduğu güclü bağdan bəhs edərək bunları demişdi:

“Serial bitsə də, izləyicisini heç vaxt itirmədi. Emine sadəcə bir obraz deyil, sanki insanların evinə gələcək, mətbəxinə girib yemək bişirəcək qədər doğma birinə çevrildi.”

Aktrisa həm də təbiət və heyvansevərliyi ilə tanınır. O, “Melek Hareketi” (Mələk Hərəkatı) layihəsi ilə “Bütün canlılara yaşamaq haqqı” deyərək müxtəlif xeyriyyə işləri həyata keçirir. Heyvan kəlməsi yerinə “Haycan” ifadəsini işlədən aktrisa, başladığı dram dərslərindən əldə olunan gəliri küçə heyvanlarına bağışlayır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!