Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 12:35

Xalq artistindən “şou əhlinə” “tərs şillə”…

“Dedi-qodularla, lazımsız hərəkətlərlə, danışıqlarla evimizə soxulurlar”

Xalq artisti Nəzakət Teymurova kanallarda yayımlanan verilişlərdən və dəvət olunan qonaqlardan şikayət edib.

Tezadlar.az xəbər verir ki, muğam ifaçısı “Qonaq gəl bizə” layihəsində xanəndələrin musiqiyə hömətindən söz açıb:

“Biz mədəniyyətimizi ucuz tutmamışıq. İndiki gündə də ədəb, ərkan, böyüyə, kiçiyə hörməti saxlamışıq. Amma görürsən ki, gəlib həmin dedi-qodularla, lazımsız hərəkətlərlə, danışıqlarla evimizə soxulurlar. Küçədə nə danışırlar, efirdə də onu edirlər. Bu, bizim mədəniyyət deyil. Bizi zorla belə etdilər. Bizim azərbaycanlılığımıza yaraşmayan şeydir. İndikilər sosial şəbəkədə də özlərini təqdim edə bilmirlər. Xanəndələr o qədər abırlı olurlar ki… Utandıqlarından müəllimi keçmirlər. Amma sosial şəbəkədəkilər sənətkarları tapdalayıb keçirlər. Əsas özüdür”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!