Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 12:48

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə təqdim olunan Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” hekayəsidir. Əsərdə övlad itkisi yaşayan valideynlərin ağır kədəri və daxili iztirabları təsvir olunur. Psixoloji və dramaturji səpkili bu hekayədə yazıçı oxucusunu həyatın və itkinin tərs təzadları ilə üz-üzə qoyur. İnsan psixologiyasının nələrə qadir olduğunu göstərən bu hekayədə övlad itkisi ilə bir ailənin ağır faciəsi fonunda ananın demək olar ki, canlı meyit kimi yaşadığını, atanın isə özünün də gözləmədiyi halda böyük uğurlarla, mükafatlarla, yazıçı kimi xalqın sevgisiylə yaşadığını ön plana çəkir. Baxmayaraq ki, övlad itkisi onu da yandırır, amma o, artıq zirvələrdədir. Xalq yazıçısı Natiq Rəsulzadənin bu hekayəsi də həmişəki kimi oxucularda alt  və subyektiv fikirlər yaradacaq. Yazıçı Şahzadə İldırım oxuculara bu maraqlı hekayəni oxumağı tövsiyə edir.

JASMİN

Videoçarx aşağıdakı keçiddə təqdim olunur:

https://youtu.be/BNrVqyMdsX4

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!