Əsas məzmuna keç

Putin dirəniş edir: “Ukrayna Donbasdan çıxmasa…”

Ukrayna cəbhəsindəki vəziyyət hələki russcadır! ““Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır”- deyən Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, Peskov deyib: “…Rusiya bütün göstərilən məqsədlərə çatana qədər “xüsusi hərbi əməliyyatı” davam etdirəcək”.

Peskov Kiyevin qoşunlarını Donbasdan “bu gün, ya da daha yaxşısı dünən” çıxarmalı olduğunu əlavə edib: “Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı”.

Müharibə isə davam edir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…