Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Elçin Hüseynov aparıcı Yalçın Uğurun təqdim etdiyi verilişdə səmimi etirafları ilə diqqət çəkib.
Tezadlar.az xəbər verir ki, sənətçi “Yalçınla bir gün” verilişində şəxsi həyatından danışaraq, 2012-ci ildə atasını itirdiyini və bu acı ilə hələ də barışa bilmədiyini bildirib. O, atasının yoxluğunu hər zaman hiss etdiyini və ona dərin həsrət duyduğunu gizlətməyib.
Elçin Hüseynov eyni zamanda anasının səhhətindən söz açaraq, onun üçün əlindən gələni etdiyini vurğulayıb. Müğənni bildirib ki, anasının sağlamlığı onun üçün hər şeydən önəmlidir:
“Lazım olsa, anamın müalicəsi üçün evimi belə sataram”.