“İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək…”. Tezadlar.az İranın Azərbaycandakı səfirlinin məlumatına istinadla bildirir ki, ölkənin XİN rəhbərinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib. Sitat: “Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”.







