Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyənin ən populyar komediyaçılarından biri, “Konuşanlar” proqramı ilə milyonların sevgisini qazanan Hasan Can Kaya subaylığın daşını atmağa hazırlaşır. Tanınmış sima reklamçı Duyğu Qarabaş ilə ailə arasında keçirilən sadə mərasimlə nişanlanıb.
Cütlüyün nişan mərasimi İstanbulun məşhur məkanlarından biri olan “Feriye” restoranında baş tutub. Şou-biznesin səs-küylü tədbirlərindən fərqli olaraq, Hasan Can və Duyğu cütlüyü bu özəl günü yalnız ən yaxınları ilə bölüşməyə üstünlük veriblər. Mərasimdə hər iki tərəfin ailə üzvləri daxil olmaqla, təxminən 50 nəfər dəvətli iştirak edib.
Müasir üslubda keçən nişanda milli adət-ənənələr də yerinə yetirilib. Mərasimdən əvvəl gələnəklərə uyğun olaraq “qız istəmə” ayini keçirilib. Yaxın çevrənin şahidlik etdiyi bu xoş anlarda ailələr bir araya gələrək gənclərin xoşbəxtliyinə xeyir-dua veriblər.
Səbinə Bağırova
