Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu.
Tezadlar.az xəbər verir ki, konsert klassik musiqi incilərindən ibarət zəngin proqramı ilə dinləyicilərə unudulmaz anlar yaşatdı.
Proqram L.v.Beethoven-in “Koriolan” uvertürası (op.62) ilə açıldı. Dramaturji gərginliyi və emosional dərinliyi ilə seçilən bu əsər musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.
Gecənin əsas hissəsini isə P.Çaykovskinin (h-moll) “Manfred” simfoniyası (op.58) təşkil etdi. Romantik dövrün ən təsirli əsərlərindən biri hesab olunan bu simfoniya orkestrin peşəkar ifasında yüksək səviyyədə təqdim olundu.
Konsert boyu orkestrin ustalığı, dirijorun incə interpretasiyası və musiqiçilərin yüksək ifaçılıq qabiliyyəti alqışlarla qarşılandı.