Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə keçirilən narkotik əməiyyatları çərçivəsində daha bir neçə məşhur saxlanılıb.
Tezadlar.az xəbər verir ki, iİstintaq çərçivəsində Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan nəzarətə götürülüb.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
Beykoz Baş Prokurorluğu əməliyyatla bağlı aşağıdakı açıqlamanı verib:
“İstanbul Vilayət Jandarma Narkotik Cinayətləri Şöbə Müdirliyi ilə koordinasiyalı şəkildə Baş Prokurorluğumuz ictimaiyyətə məlum olan şəxslər barəsində Narkotik və ya Stimullaşdırıcı Maddələrin Satın Alınması, Qəbul edilməsi və ya Saxlanması, İstifadəsi üçün Narkotik və ya Stimullaşdırıcı Maddələrdən İstifadəsi, Narkotik və ya Stimullaşdırıcı Maddələrin Təchizatı cinayətləri ilə bağlı istintaq aparır. Əldə edilən dəlillərə və alınan məlumatlara əsasən, iddia edilən cinayətlərdə iştirak etdiyi müəyyən edilən aşağıda sadalanan şübhəlilər Beykoz Sülh Cəza Məhkəməsinin qərarına uyğun olaraq 7 aprel 2026-cı ildə eyni vaxtda həbs, axtarış və müsadirə əməliyyatlarına məruz qalıblar. İstintaq diqqətlə aparılır.”
Nəzarətə alınan şübhəlilər əvvəlcə sağlamlıq yoxlanışı üçün xəstəxanaya aparılır. Daha sonra narkotik istifadəsi ilə bağlı müayinə üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilirlər. Bu prosedurlar başa çatdıqdan sonra şübhəlilər prokurorluğa ifadə verirlər. Prokurorluq araşdırmanın nəticələrinə əsasən şübhəlilərin azadlığa buraxılması və ya məhkəməyə göndərilməsi barədə qərar qəbul edir.
İstanbul Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı başlanan istintaq 8 oktyabr 2025-ci ildən bəri davam edir. Bu proses zamanı musiqiçilər, menecerlər və iş adamları da daxil olmaqla çoxsaylı şəxslər ifadə verib, qan və saç nümunələri araşdırılıb.
