Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ailə dəstək olmasa sənət keyfiyyətini itirə bilər və itirir də. Sənə dəstək olmalıdırlar. Sənətin keyfiyyətlidirsə, niyə xanımım oğlum mənə dəstək olmasın? Xanımıma buna görə minnətdaram”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev “Bir gün” verilişində deyib. Müğənni həyat yoldaşının ona dəstəyindən danışıb:
“Həyat yoldaşım imkan vermir adi musiqilər oxuyum. Qısqanmaq hər zaman olub, indi də məni qısqanır. İndi musiqimi qısqanır. Deyir, bunu oxu, onu yox, sənə yaraşmaz. Filan mahnı sənlik deyil. Bununla mənə güc verir. Görürəm ki, anlayışlı qadındır. Sağ olsun ki, əziyyətimi çəkir, Azərimin qulluğunda durur. Azər İtaliyada yaşayır. Gəlir gedir, tədbirlərə qatılır. Xarici teatrlarda çıxış edir, anası da yanında olur”.