Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Giray Altınokun aparıcılığını edəcəyi “The Traitors Türkiye” bu axşam Kanal D-də başlayır.
Tezadlar.az yazır ki, proqramın təqdimat mərasimi Belçika Konsulluğunda keçirilib.
Təqdimat gecəsinə proqramın aparıcısı Giray Altınok və yarışmacı heyətində yer alan Ayliz Yaşar, Cem Avnayim, Emir Elidemir, Emre Uzunboy, Hülya Uğur, İlkay Buharalı, Melih Kunukcu, Öykü Berkan, Özgür Balakar, Pascal Nouma, Saadet Özsırkıntı, Selim Yuhay, Tara De Vries, Yasemin Yürük, Yasemin Yılmaz, Yiğit Poyraz və Yusuf Güney qatılıblar.
Qeyd edək ki, “The Traitors Türkiye”, iştirakçıların həm birgə çalışıb, həm də bir-birinə güvənməyərək strategiya qurmağa çalışdığı bir realiti-şoudur. Proqramda bəzi iştirakçılar “satqın” olaraq seçilir və digərlərini aldadaraq manipulyasiya etməyə çalışır. Digər iştirakçıların məqsədi isə bu satqınları tapıb, onları aradan qaldırmaq üçün strategiya qurmaqdır.