Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yağışlar bu dəfə İçərişəhərdə də fəsadlara yol açdı. Tezadlar.az bildirir ki, bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində uçma qeydə alınıb. Bu barədə”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. “Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb”.
Qeyd edək ki, əslində, memarlar və İçərişəhər rəhbərliyi qalanın baş hissəsindəki daşların arasına yağış sularının dolmasının qarşısını almaq üçün lazımı bərpa işləri gördürməli idi. Yağış isə daşların arasındakı deşiklərdən divara sızıb və nəticədə aşınmaya-uçmaya səbəb olub.
A.Məmmədli