17 Aprel 2026 / 07:39

Ukrayna ordusu bir gecədə Rusiyanın 10-dan çox strateji obyektini darmadağın edib

…ABŞ- İran cəbhəsində nisbi sakitlik olsa da, Rusiya-Ukrayna cəbhəsində vəziyyət kritikdir. Sosial media istifadəçisi Kamran Cəfərov bu barədə maraqlı statistikanı ortaya qoyaraq şərh verib. Sitat: “…Bu müharibədə çox ciddi, güclü və köklü tendensiya yaranıb. Söhbət əlbəttə ki, USQ-nin Rusiyaya gündən-günə güclənən və kütləviləşən middle-strike(ortaməsafəli zərbələr) və “deep-strike”lardan(uzaqməsafəli zərbələr) gedir. Bu tendensiya sadəcə nəticədir, prosesin kökündə isə Ukrayna ordusunda və hərbi-sənaye kompleksində həyata keçirilən köklü islahatlardır, orduda korrupsiya və monopoliya ilə mübarizədir(bu geniş mövzunu mütləq ayrıca müzakirə edəcəyik). Əvvəl USQ-nin Rusiyaya məxsus 1 neft emalı zavodunun vurulması ciddi uğur sayılırdı və onun vurulması mürəkkəb plan tələb edirdi, Baş Qərargahın hərbi strategləri Rusiya səmasında “dəlik” tapmalıydılar və s. İndi artıq bu kimi xəbərlər adiləşib. Vurulan strateji və taktiki hədəflərin sayı son dərəcədə çoxdur.
Uzağa getməyək, gəlin 15 apreldən 16 aprelə keçən gecədə USQ-nin Rusiyaya vurduğu zərbələrin siyahısına diqqət yetirək:
– ZRK “Pantsir”(Feodosiya, Krım);
– ZRK “Osa-AK”(Vodyane, TOT Donetsk vilayəti);
– ZRK “Buk-M1″(Bagativka, Zaporojya vilayəti);
– “İskəndər” operatit-taktiki raket-kompleks bazası(Mizhhirya, Krım);
– “İskəndər”(Kurortne, Krım);
– Neft bazası “Oktyabrske”(Krım);
– Neft bazası (Hlyboki Yar, Krım);
– RF Qara Dəniz Donanmasının 758-ci maddi-texniki təminat bazasının silah-sursat anbarı(Mizhhirya);
– “Rubikon” PUA-larının anbarı(Girne, Donetsk vilayəti). Təsəvvür edin, cəmi 1 gecəyə…”.
Təəssüflər olsun, Tramp Rusiyanın Ukraynaya qarşı apardığı bu dağıdıcı müharibənin dayandırılmasında bir o qədər də maraqlı görünmür. Səbəbi isə hələki tam dəqiqliyi ilə ortaya qoyulmur.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!