Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranla “bir-iki gün ərzində” razılığa gələ biləcəklərinin ehtimal olunduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər platformasına danışan prezident Tramp Vaşinqton və Tehran nümayəndə heyətlərinin yekun razılığa gəlmək üçün bu həftə sonu görüşəcəklərini söyləyib.
“İranlılar danışmaq istəyirlər. Onlar razılaşmaq istəyirlər. Düşünürəm ki, bu həftə sonu görüş olacaq. Yəqin ki, növbəti bir-iki gün ərzində razılığa gələcəyik”, – Tramp bildirib.
ABŞ-ın İranla yekun razılaşma olmadan Hörmüz boğazındakı blokadanı qaldırmayacağını bildirən Tramp Hörmüz boğazının hər kəs üçün açıq olması lazım olduğunu iddia edib.
Tramp iddia edib ki, bir-iki gün ərzində əldə ediləcək razılaşma “İsraili təhlükəsiz saxlayacaq”.
Livandakı atəşkəsə toxunan Tramp İsrailin hücumlarını dayandırmalı olduğunu vurğulayaraq “İsrail dayanmalıdır. Onlar binaları partlatmağa davam edə bilməzlər. Mən buna icazə verməyəcəyəm.” ifadələrindən istifadə edib.
E.ŞİRİNOV