Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 14:27

Təhsil Nazirliyi niyə Azərbaycanın media subyektlərinə ayrı-seçkilik edir?-İNANILMAZ HÖRMƏTSİZLİK

…Artıq neçənci dəfədir ki, “Təzadlar”a müraciət edən oxucular bir problemlə qarşılaşdıqlarını deyir və aydınlıq gətirilməsini istəyirlər. Söhbət “Media haqqında” Qanunda bərabər hüquq və statusa malik, Dövlət Reyestrində olan qəzet və saytlara Təhsil Nazirliyi tərəfindən ciddi fərq qoyulduğundan gedir. Belə ki, vətəndaşlar təhsillə bağlı hansısa elan verdikdə nazirlik tələb edir ki, yox, bu elan mütləq “Azərbaycan müəllimi” qəzetində dərc edilməli və ya yayılmalıdır. Məsələn, neçə gün əvvəl Bakı şəhər sakini R.Əzimov oğlunun attestatının itməsi barədə elanı ölkənin nüfuzlu bir qəzetində dərc etdirib, lakin nazirlik rəsmiləri bildirib ki, yox, bu mütləq “Azərbaycan” müəllimində dərc edilməlidir. Valideyn isə çaş-baş qalaraq hələ də “Azərbaycan müəllimi” qəzetinin redaksiyasını tapa bilmir ki, elanı çap etdirsin.

Ümumiyyətlə, mediaya bu cür fərq ilə yanaşma yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və eləcə də media sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. Odur ki, Agentliyin də bu məsələyə münasibətini gözləyirik.

Həmçinin Azərbaycan Medianın İnkişafı Agentliyinin də Təhsil Nazirliyinin bu hərəkətinə-haqsız rəqabət siyasətinə dair münasibətini-şərhini bildirməsi yaxşı olardı. Axı bütün media subyektlərinin hüquqları eynidirsə, bu nə fərqqoymadır? Necə ola bilər ki, pasport, sürücülük vəsiqəsi, Əmlaka dair bütün sənədlər… itirildikdə Dövlət Reyestrində olan istənilən mediada çap etdirmək mümkün olur, amma adicə orta məktəbə aid hansısa sənədin itməsi barədə elan mütləq TN-nin tabeliyində və maliyyəsində olan “Azərbaycan müəllimi” qəzetində verilməlidir???

SƏBUHİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!