20 Aprel 2026 / 21:49

ABŞ-ın İran limanlarını blokada etməsi səbəbindən 27 gəmi geri qaytarılıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın İran limanlarını blokada etməsi səbəbindən 27 gəmini geri qaytardığını açıqlayıb.

Tezadlar.az bildirir ki, CENTCOM bu barədə sosial media hesabında açıqlama verib.

“İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilərin blokadasının başlanmasından (13 aprel) bəri ABŞ qüvvələri 27 gəmiyə geri qayıtmağı və ya İran limanına qayıtmağı tapşırıb”, – açıqlamada deyilir.

CENTCOM-un 18 apreldə verdiyi açıqlamada “ABŞ-ın direktivlərinə uyğun olaraq blokadanın başlanmasından bəri 23 gəminin geri qaytarıldığı” bildirilmişdi.

Pakistanda İranla danışıqların uğursuzluğundan sonra ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının blokadası prosesinə başlayacaqlarını açıqladı.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!