…ABŞ senatorları Cin Şahin və Tom Tillis keçən həftə “Meta” və “Alphabet” şirkətlərinə məktub göndərərək, onlara Ermənistanda iyun ayında keçiriləcək parlament seçkisi ilə bağlı çağırış ediblər. Senatorlar şirkətlərdən Rusiya dezinformasiyasının seçki ərəfəsində yayılmasına mane olmağa çağırıblar. “AzadlıqRadiosu” yazır ki, Ermənistandakı seçkilər ərəfəsində əsas mübarizə Paşinyan və rusiyayönlü siyasi qüvvələr arasında aparılır. Paşinyanın seçkidə əsas rəqibi Güclü Ermənistan Partiyasının təsisçisi rusiyalı milyarder Samvel Karapetyan hesab edilir. Onunla bağlı hazırda cinayət işi var və Ermənistan qanunları onun baş nazir seçilməsinə izn vermir. Lakin Karapetyanın partiyası seçkidən sonra qanunları dəyişdirəcəklərini deyirlər. Məktubda Rusiyanın Moldovadan sonra Ermənistandakı demokratik proseslərə “Meta” platformasından istifadə edərək təsir etməyə çalışdığı da bildirilib: “Bu seçkilər Ermənistanın gələcəyin müəyyənləşdirilməsində dönüş ola bilər çünki o, regional sülh təşəbbüsləri və kommunikasiya proyektlərinin, o cümlədən sülh danışıqlarının önəmli kompenent olan TRİPP marşrutunun nəticəsini müəyyən edə bilər. Heç bir xarici gücün Ermənistanın suveren qərarlarının nəticəsinə təsir etməyinə izn verilməməlidir” – deyə senatorlar Mark Zukerberqə ünvanlanan məktubunda yer alıb.
Ermənistan rəhbərliyi, xüsusilə baş naziri Nikol Paşinyan iddia edir ki, rusiyayönlü müxalifətin qələbə qazanması Ermənistanı Azərbaycanla yeni müharibəyə aparacaq. Azərbaycan hələlik bu açıqlamalara reaksiya verməyib.
“Alphabet” şirkətinin baş icraçı direktoru Sundar Piçaiyə ünvanlanan məktubda isə senatorlar şirkəti Rusiya dezinformasiyanın yayılmasına qarşı resurslarından istifadə etməyə çağırıblar: “Birləşmiş Ştatlar Ermənistandakı demokratik proseslərinin nəticələri barədə baxışlarında qərəzziz qalsa da biz xarici gücün Ermənistan əhalisinə öz iradəsini yeritmək cəhdinə göz yuma bilmərik”.
Ermənistana seçki ərəfəsində xarici müdaxiləyə qarşı Avropa Birliyi də yardım edəcəyini açıqlayıb. Bunun üçün Ermənistana iki missiyanın yönləndirilməsi nəzərdə tutulub…
Sitatın sonu.