21 Aprel 2026 / 09:59

Həmyerlimiz Rusiyada yüksək mükafata layiq görüldü

Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqun mədəni irsinin qorunması və bərpası sahəsindəki xidmətlərinə görə yüksək ada layiq görülüb. Tezadlar.az xatırladır ki, Nisanov Sankt-Peterburqun Fəxri xeyriyyəçisi adına layiq görülüb. Mükafatlandırma mərasimi aprelin 15-də baş tutub. Şəhərin Qanunvericilik Məclisinin sədri Aleksandr Belski mükafatı şəxsən Qod Nisanova təqdim edib.
Qeyd edək ki, iş adamının bu ada layiq görülməsinə səbəb onun şəhər üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəki fəaliyyətidir.
Nisanov xüsusilə Kronştadt Dəniz Katedralının bərpası, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin kompleksinin inşası, habelə çoxsaylı tarixi binaların restavrasiya edilməsi prosesində yaxından iştirak edib.
***
Sitat: “🇦🇿🇷🇺 Год Нисанов удостоен звания «Почётный благотворитель Санкт-Петербурга» Спикер Законодательного собрания Санкт-Петербург Александр Бельский 15 апреля вручил знак «Почётный благотворитель Санкт-Петербурга» совладельцу группы Киевская площадь Год Нисанов. Награда присуждена за гуманитарную деятельность и вклад в сохранение культурного наследия. В частности, отмечены участие в восстановлении Кронштадтский Морской собор, строительство комплекса Санкт-Петербургский государственный морской технический университет, а также реставрация ряда исторических зданий города”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!