…Bu gün TƏBİB üçün əsl köhnələri təmizləmə günü kimi yadda qalacaq. Tezadlar.az xatırladır ki, TƏBİB- in yeni rəhbərliyi sistemə əməllicə əl gəzdirib, rəhbər kadrları ələkdən keçirib. Aşağıda işdən qovulanların siyahısını təqdim edirik:
-Könül Ələkbərov- Kliniki Tibbi Mərkəzin direktoru
-Barat Yusubov -“Yeni Klinika”nın direktoru
-Səkinə Sadıxova- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru
-Nurəngiz Bəşirova -Sabunçu Tibb Mərkəzinin direktoru
-Elçin Əmirov-Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi
-Fazil Alməmmədov-Nərimanov Tibb Mərkəzinin direktoru
-Mirələm Cəlalov -Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru
-Gülnar Nuriyeva -“Yeni Klinika”nın direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsini icra edən…
“Yarpaq tökümü” isə davam edir…
XXX
Redaksiyaya bu gün daha bir maraqlı xəbər daxil oldu. Məlum olur ki, vaxtilə Bakı səhiyyəsində ad çıxarmış 5 saylı Xəstəxana üç ilə yaxındır əsaslı təmirə dayandırılıb, bütün işçilər pərən- pərən salınıb. Bu təmirə ilkində 19 milyon 640 min manat büdcədən vəsait ayrılmışdır… Amma indiyədək təmirin heç yarısı görülməyib, personal həsrətlə işlərin başa çatdırılmasını gözləyir… Və yarımçıq işlərin başa çatdırılması üçün pul qalmayıb. Həkimlər göz yaşı içində belə yazırlar… Sitat: “…Xəstəxananın balansında olduğu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun başı fərqli işlərə qarışdığından bu illər ərzində bu boyda xəstəxananın təmirini belə unudub, TƏBİB- in artıq keçmiş rəhbərliyi ilə dostluğu hər şeyi bir kənara atıb. Biz həkimlər didərgin günə qalmışıq… Halbuki o qədər pula yeni bir xəstəxana kompleksi tikmək olardı. 2025- ci ilin may ayında istismara təhvil verilməli olan xəstəxanaya əlavə 10 milyon manat da pul ayrılıb… İndiyədək 26 milyon manat pul xərclənib, amma mütəxəssislər açıq deyirlər ki, bura maksimum 10-12 milyon manat pul xərclənib. Biz nə vaxta kimi gözləməliyik? Bəs Hesablama Palatası niyə bu məsələni də araşdırmır? Yaxud, Baş Prokurorluqda bunları bilmirlərmi??? Cənab Prezidentə bunları çatdırmaq lazımdır…”.
Sitatın sonu.
Daha dəhşətli faktlar təqdim edilib, araşdırmamız davam edir… Əlavə məlumat veriləcək.
Elçin Məmmədli