Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı vaxtı ilə ötən axşam ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını “Washington Hilton” hotelindəki qəbulu zamanı atışmada şübhəli bilinən şəxsin fotolarını və videolarını “Truth Social” sosial media platformasında paylaşıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, paylaşılmış görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür. Prezident həmçinin hadisə anını əks etdirən müşahidə kamerasının videosunu da paylaşıb. Görüntülərdə silahlı kişinin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik işçilərinin ona atəş açdığı görünür.
“New York Post” qəzetinin jurnalisti Kerol Markoviçin məlumatına görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir. O, həbs olunub.
Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər, sonra atəş səsləri eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.