Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Senari müəllifi Xalq yazıçısı Rüstəm İbrahimbəyov olan “Səhranın bəyaz günəşi” filminin açıq-saçıq epizodu çəkilirmiş… Kaxi Kavsadzenin “arvad”larından biri soyunaraq ona üzüm yedirirmiş. Bu vaxt aktyorun xanımı Bella Mirianaşvili pavilyona daxil olur.
Rejissor Vladimir Motıl “Çəkiliş meydançasında kənar şəxslər var”, – deyə qışqırır. “Mən kənar şəxs deyiləm, Kaxinin arvadıyam”, – aktyorun xanımı cavab verir. O, ərinin çılpaq qadınla çəkildiyini görcək ani tutulur, ancaq astadan “Davam edin, davam edin, mane olmayacam”, – deyir. Bu epizod sonradan filmdən çıxarılır. Kaxi Kavsadze xanımına ən sadiq həyat yoldaşı idi. Kaxi və Bella 26 il ailə həyatı yaşadılar. Lakin Bella cəmi 3 il sağlam oldu. Ailə qurduqdan sonra onun səhhətində problem yarandığından qadın 23 il əlil arabasında yaşamalı oldu. Bununla belə Kaxi xanımını atmayır, əksinə, ona qulluq edir.
Cütlüyün bir oğlu və bir qızı dünyaya gəldi. “Biz heç vaxt bir-birimizə səsimizi qaldırmadıq”, – Kaxi xatırlayırdı. Bella 1992-ci ildə dünyadan köçdü, uzun illər tənha qalan Kaxi isə 2021-ci ildə koronavirusdan dünyasını dəyişdi.
Bu gün Kaxi Kavsadzenin doğum günüdür.
ANAR TAĞIYEV,
TƏDQİQATÇI
