“Bu Avropa Parlamentinin sonuncu bədnam qətnaməsindədir. Bu qurumla, əlbəttə, əməkdaşlığın heç bir mənası yoxdur”! Tanınmış QHT rəhbəri Sahib Məmmədov Avropa Parlamentinin sonuncu qətnaməsindən danışarkən belə deyib. Tezadlar.az təqdim edir: “12.Dağlıq Qarabağ ermənilərinin hüquqlarını, o cümlədən onların şəxsiyyətlərinin, əmlaklarının və mədəni irslərinin qorunmasını və müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli qayıtmaq hüquqlarını dəstəklədiyini bir daha bildirir; erməni mədəni və dini irsinin məhv edilməsində məsul olanların məsuliyyətə cəlb edilməsini və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasını tələb edir;
13. Azərbaycanın erməni hərbi əsirlərini, saxlanılanlarını və girovlarını ədalətsiz şəkildə saxlamasını pisləyir; onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir; indiyə qədər atılan addımları qeyd edir və etimadın gücləndirilməsi üzrə əlavə tədbirlərə çağırır; beynəlxalq humanitar və insan hüquqları qanunlarına tam hörmətlə yanaşmağa çağırır”
İndi gedin tələbinizi başqa yerdə oxuyun. Aİ Parlamentinə bir quş. Amma Aİ icra qurumları ilə əməkdaşlıq davam etməlidir. Bu arada, Azərbaycanın lobbi fəaliyyətinə daxildən vurulan zərbəni heç bir xarici qüvvə vurmamışdı. Kim idi onlar? Biz ona görə deyirik ki, hər ingilis dilini biləni başa çıxarmaq kadr siyasəti deyil…”.
Sitatın sonu!