…Az əvvəl Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində iştirak edirdim… Təhsil nazirinin müavini Firidun Qurbanov bir maraqlı faktı açıqladı. Dedi ki, Azərbaycanın rayonlarında, yəni kənd yerlərində internetə əlçatanlıq 82,4 faizdir, bu böyük göstəricidir və s.
Bəli, elədir! Amma həm də bilək ki, bu 82,4 faizdir hərdən kasıbçılıqdan danışan, dövlətdən yardım istəyən, ailə münaqişəsinə tuş gələn… Bilirsiz niyə? Qapıdakı toyuq-cücəni satıb internetə verən daha bostan əkmir, çünki vaxtı qalmır, bütün günü TikTok-da olur, əkinçiliyini də unudub, gəlib Bakıdan broyler yumurtası, Siyəzən toyuğu alıb aparır kəndə…
Odur ki, kənd yerlərində bu ətrafda monitorinq keçirmək, əhali arasında maarifləndirmə aparmaq lazımdır. Boşanmaların, dava-qırğının, ailə münaqişələrinin də kökündə internet və TikTok durur…
A.Məmmədli