Gəncədə iki YouTube kanalın rəhbəri həbs edilib. Tezadlar.az sosial media subyektlərinə istinadla bildirir ki, “Kanal 21”in rəhbəri Fərhad Quluyev və “bakuxəbər.az” saytının rəhbəri Zamiq Quliyev saxlanılıb. Onlar vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Məsələyə Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə baxılıbsa, demək, burda söhbət ağır cinayətdən gedir. Ola bilsin tələbetmə və ya Azərbaycan CM-nin digər hansısa maddələrinin sanksiyası rol oynayıb.
Hələki Daxili İşlər Nazirliyi bu barədə rəsmi açıqlama verməyib.
SƏBUHİ