4 May 2026 / 11:43

Sabah Nigar Köçərliyə qarşı 222 min manatlıq təzminat iddiasına baxılacaq

Sabah – 05.05.2026-cı il tarixdə, saat 10:00-da Nəsimi Rayon Məhkəməsində Liv Bona Dea Hospitalı tərəfindən
“Əli və Nino” kitab mağazalar şəbəkəsinin qurucusu Nigar Köçərliyə  qarşı 222395 AZN təzminat tələbi ilə qaldırılmış iddia ərizəsinə baxılacaq.
Bu barədə Nigar Köçərli özü məlumat verib.
Köçərli sosial media hesabında müraciət paylaşıb:
“Bu məsələ geniş ictimai rezonans yaratdığına görə məhkəmə tarixi ilə bağlı jurnalistlər, QHT nümayəndələri, insan hüquqları ilə məşğul olan fiziki və hüquqi şəxslər, hətta xəstəxanada şikayətçi olan pasiyentlər belə məhkəmə iclasında iştirak etmək üçün mənə tez-tez müraciət edirlər.
Nəzərinizə çatdırıram ki, məhkəmə iclası açıq keçiriləcək. İşlə maraqlanan hər kəs iclasda iştirak edə bilər və onları məmnuniyyətlə dəvət edirəm”.
 Xatırladaq ki, yanvarın 14-də Nigar Köçərli “Liv Bona Dea” Hospitalında planlı əməliyyat olunub. O, daha sonra hospitalda başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirib.  Köçərli əməliyyat zamanı və sonradan ona göstərilən diqqətsizlikdən, laqeydlikdən, ağrıları ilə bağlı müraciətlərinə etinasızlıqdan, başına gələnlərlə bağlı ailəsinin məlumatlandırılmamasından , tibbi personalın öz işini vicdanla yerinə yetirməməsindən narazılıq edib. Baş verənlərlə bağlı Nigar Köçərlinin həyat yoldaşı “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sosial media hesabında fikirlərini bölüşüb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!