4 May 2026 / 15:45

Kredit faizlərinin ən aşağı olduğu iqtisadi rayon Bakıdır – digər 6 rayon isə…

Azərbaycanda kredit faizlərinin ən aşağı olduğu iqtisadi rayonların siyahısı açıqlanıb.

Tezadlar.az xəbər verir ki, cari ilin mart ayının sonunda ölkə üzrə orta faiz dərəcəsinin ən aşağı olduğu iqtisadi rayon Bakı iqtisadi rayonudur. Bu iqtisadi rayonda kreditlərin orta faiz dərəcəsi 12,86% (23 milyard 14 milyon 177 min manat) təşkil edir.

Siyahının ikinci yerində Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 14,78% (24 milyon 491 min manat) olub.

Naxçıvan iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 15,38% (496 milyon 684 min manat) təşkil edib.

Abşeron-Xızı iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 16,62% (1 milyard 231 milyon 185 min manat), Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 17,99% (918 milyon 189 min manat) olub.

Siyahıda altıncı yerdə 18.04% (615 milyon 706 min manat) dərəcəsi ilə Şəki-Zaqatala iqtisadi rayonu qərarlaşıb.

Yeddinci yerdə isə 18.27% (513 milyon 369 min manat) dərəcəsi ilə Quba-Xaçmaz iqtisadi rayonu yer alıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!