Hindistanda 16 yaşlı məktəbli qızı təcavüz etməkdə şübhəli bilinən iki qardaşın həbsi silahlı insidentlə nəticələnib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
İddia olunur ki, azyaşlı qız axşam saatlarında evdən həyətə çıxıb. Onu görən gənclər onu tutub tərəvəz tarlasına sürüyüblər və orada ona vəhşicəsinə hücum ediblər. Qızlarının uzun müddət yoxluğunu görən valideynlər polisə müraciət ediblər. Qurban bütün gecə axtarışa verilib və tarlada başından, üzündən və boynundan xəsarətlər alaraq ağır vəziyyətdə tapılıb. O, xəstəxanaya yerləşdirilib.
Şübhəlilər tez bir zamanda müəyyən edilib. Qardaşları izləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıblar, lakin bir anda polisə atəş açıblar. Atışma nəticəsində şübhəlilər ayaqlarından xəsarət alıblar və saxlanılıblar.
ELBAR







