5 May 2026 / 12:11

Atılmış bu iki yaşı olan oğlanı doğan ana axtarılır-TƏƏSSÜF

…Bu gün polis Goradildə Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı atılmış oğlan uşağını yatmış halda tapıb. Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Sitat: “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın! Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar… Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu… Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”.

İlkin məlumata görə, polis artıq uşağın valideynlərinin izinə düşüb…  Əlavə məlumat veriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!