Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu gün polis Goradildə Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı atılmış oğlan uşağını yatmış halda tapıb. Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Sitat: “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın! Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar… Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu… Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”.
İlkin məlumata görə, polis artıq uşağın valideynlərinin izinə düşüb… Əlavə məlumat veriləcək.