5 May 2026 / 18:30

Mayın 6-da bir neçə rayonda qaz kəsiləcək

Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar mayın 6-da saat 09:30-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Mahmudlu kəndində, Tovuz rayonunun Hunanlar və Aşağı Mülkülü kəndlərində, həmçinin Qazax rayonunun Yuxarı Salahlı, Aslanbəyli və II Şıxlı kəndlərində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Xatırladaq ki, daha əvvəl Qəbələ rayonun Bum qəsəbəsi, Hacıqabul rayonunun Padar və Ağsu rayonunun Padarqışlaq kəndlərində də mayın 6-da saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacağı barədə açıqlama verilmişdi.
Sabah Qəbələ rayonunun Bum qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəsəbədə Zaur Nazim oğlu Əliyevə məxsus fərdi yaşayış evinin qaz xəttinin (yeni abonent) mənbəyə qoşulması ilə əlaqədar mayın 6-da saat 10:00-dan etibarən Bum qəsəbəsinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!