5 May 2026 / 19:15

Suraxanı İcra Hakimiyyətinin əməkdaşı vəfat etdi

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Hüseynalı oğlu Fətullayev vəfat edib.

Tezadlar.az oxu.az-a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Qeyd edək ki, N.Fətullayev uzun illər Suraxanı İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb. O, birinci dərəcəli dövlət qulluqçusu idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!