Deputat Cavanşir Feyziyev haradan və nə qədər qazanc əldə edib?
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu suala cavab tapıb. Tezadlar.az təqdim edir:
“İngiltərə Ali Məhkəməsinə (İstinad nömrəsi: [2024] EWHC 501 (Admin), İş nömrəsi: AC-2023-LON-001768) cavabdeh tərəf kimi Cavanşir Feyziyevin təqdim etdiyi gəlir məlumatlarına əsasən, o,
1987-ci ildə tərcümə şirkəti yaradıb
1990-cı illərdə Philip Morris ilə işləyib
Əsas gəlir mənbələri:
1. Planet Co. (1998)
Alman tütün şirkətinin eksklüziv distribyutoru olub, 2000–2002 arası: 12 milyon dollar dividend əldə edib.
2. Payların satışı
distribyutorluq hüquqlarını satıb
2002–2016 arası böyük komissiyalar qazanıb
3. Avromed şirkəti
əvvəl satış meneceri, sonra direktor olub
2006-da səhmdar olub
2010-da deputat seçildiyi üçün vəzifədən ayrılıb İddiasına görə: 2006–2016 arası 49 milyon dollar dividend əldə edib
4. Turizm biznesi (Tour Invest)
əlavə olaraq: 7.5 milyon dollar gəlir
5. Daşınmaz əmlak investisiyaları (Azərbaycanda)
20 milyon dollardan çox kapital qazancı,
əlavə 3 milyon dollar gəlir…”.