Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə UFC döyüşçüləri ilə görüşüb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Ağ Evin Oval Ofisində keçirilən görüşdə İlia Topuriya, Castin Qeyc və bir neçə digər döyüşçü iştirak ediblər. Donald Tramp idman azarkeşi olduğunu və 14 iyulda Ağ Evin qarşısında “böyük döyüş” olacağını bildirib. Tramp deyib: “14 iyulda əvvəllər heç vaxt baş verməyən və bir daha baş verməyəcək böyük bir döyüşümüz var. Dörd ən yaxşı döyüşçü Ağ Evin qarşısında olacaq”.
İlia Topuriya yaradılan şəraitə görə Trampa təşəkkür edib: “İdman tarixində ən böyük tədbirə ev sahibliyi etmək imkanı verdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Bu gözəl günü bizə bəxş etdiyi və Oval Ofisdə olmağın nə demək olduğunu yaşamaq imkanı verdiyi üçün Allaha şükür etmək istəyirəm. Bu, möhtəşəmdir. Təşəkkür edirəm”.
Məlumata əsasən, İlya Topuriya UFC-nin yüngül çəkidə titul uğrunda amerikalı Castin Qeyclə qarşılaşacaq.