8 May 2026 / 07:56

Tramp sözünü tutdu: atəşkəs davam edir!

Nəhayət, ABŞ-ın İrandakı hədəflərə endirdiyi zərbələrə baxmayaraq iki ölkə arasındakı atəşkəs qüvvədə qalır. Tezadlar.az İRNA- ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “ABC News”a açıqlaması zamanı deyib və özünün X sosial şəbəkəsində yazıb. Sitat: “Xeyr, atəşkəs davam edir, qüvvədə qalır”.

Bununla belə, İran razılaşma təkliflərini ABŞ- a təqdim edib. Ağ Evdə isə son qərar verməyə hələki tələsmirlər.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!