9 May 2026 / 10:55

Rusiya mediası Azərbaycanda qeyd edilən iki Qələbə Günündən yazır

2020-ci ildən başlayaraq Azərbaycanın bayram təqvimi iki Qələbə Gününü qeyd edir: 9 May – Faşizm üzərində Qələbə Günü və 8 Noyabr- Vətən Müharibəsində Qələbə Günü.

Tezadlar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Qafqazşünaslıq sektorunun müdiri və Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunun Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Yevgeniya Qoryuşina lenta.ru-ya verdiyi şərhdə bunu belə izah edib.

Azərbaycanda 8 noyabr 2020-ci ilin İkinci Qarabağ müharibəsi və Şuşanın geri alınması ilə əlaqələndirilir. Son zamanlar bu gün 9 may əvəzinə daha çox bayram tədbirləri və hərbi paradlar keçirilir.

“Yaddaşın yeni bir iyerarxiyası belə formalaşır: Sovet Qələbəsi əhəmiyyətli olaraq qalır, lakin Qarabağla əlaqəli gün indi əsas səfərbərlik tarixinə çevrilib”, – deyə politoloq vurğulayıb. Eyni zamanda, respublikada nasizm üzərində qələbənin xatirəsi də qorunub saxlanılır, lakin xüsusilə azərbaycanlıların hərbi əməliyyatlarda iştirakına və Bakı neftinin roluna diqqət yetirilir.

Ekspert qeyd edib ki, “Sovet antifaşist xatirəsi Azərbaycanda ləğv edilməyib. Bu, dövlətin vətənpərvərlik haqqında qanununda dərin kök salıb”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!