9 May 2026 / 15:30

“Qələbə həmişə bizim olub və həmişə də bizim olaraq qalacaq”

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Moskvanın Qırmızı Meydanında keçirilən hərbi paradda iştirak edib. Tezadlar.az ORT- yə istinadla xəbər verir ki, Putin hərbi paradda çıxışı zamanı qələbənin Rusia ilə olduğunu bildirib. “Mən qəti şəkildə inanıram ki, bizim işimiz haqlıdır. Qalib xalqa eşq olsun! Veteranlara eşq olsun! Rusiya Silahlı Qüvvələrinə eşq olsun! Qələbə Günü münasibətilə təbrik edirik! Qalib nəsillərin qəhrəmanlığı bu gün xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən döyüşçülərə ilham verir. Onlar bütün NATO bloku tərəfindən silahlandırılan və dəstəklənən təcavüzkar qüvvə ilə qarşılaşırlar. Buna baxmayaraq, qəhrəmanlarımız irəliləməyə davam edirlər”.

Putin deyib ki, texnologiyada və müharibə metodlarında dəyişikliklərə baxmayaraq, bir ölkənin taleyini onun xalqı müəyyən edir: “Xüsusi hərbi əməliyyatda qələbə təkcə döyüş meydanında deyil, həm də onun arxasında əldə edilir. Bizim ortaq bir məqsədimiz var. Hər kəs qələbəyə şəxsi töhfə verir. Texnologiya və döyüş üsulları nə qədər dəyişsə də, ən vacib şey eyni qalır: xalq ölkənin taleyini müəyyən edir”, – deyə Rusiya prezidenti qeyd edib. Qeyd edək ki, hərbi paradda xüsusi hərbi əməliyyatın iştirakçıları və Şimali Koreya silahlı qüvvələrinin hərbçiləri də iştirak ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!