15 May 2026 / 21:48

“Sumqayıtda doğulub, gəlib Bakının mərkəzinə, indi camaatı mərkəzə buraxmaq istəmir”

Bakı  Metropoliteninin rəsi Vüsal Aslanov, sən demə, Sumqayıtda anadan olub, köçüb gəlib Bakının mərkəzinə, amma indi Bakılıların mərkəzə iş- güc arxasınca gəlməsinə mane olmaq istəyir… Yəni, mərkəzə gələnlərin qarşısını almaq üçün metro tikintisini bir vacib maneə kimi qəbul edir.
 Bu fikirlər tanınmış vəkil Əkrəm Həsənova məxsusdur. O, özünün sosial media platformasında bu barədə maraqlı status paylaşıb. Sitat: “YERSİZ GƏLDİ, YERLİ, QAÇ! Metropoliten rəhbəri Vüsal Aslanov deyir ki, Binəqədi, Bakıxanov, Qaraçuxurda metro olsa, oranın sakinləri şəhərin mərkəzinə gəlməyə çalışacaqlar… Bu adam hüquqşünasdır özü də. Dəfələrlə demişəm: hüquqşünaslarımızın 99% sadəcə hüquqşünas diplomuna sahibdirlər, nə savadları var, nə də hüquqi fəhmləri… Buna görə də beləsi üçün mərkəzdən kənarda yaşayan yəqin ki, “çuşka”dır… Yeri gəlmişkən, bunun özü də Sumqayıtda doğulub. Özü oradan durub gəlib Bakının mərkəzinə, Bakı əhlini isə paytaxtın mərkəzinə buraxmaq istəmir…”.
Həqiqətən də qara yaylıq götürüb ağlamaqdan başqa yol qalmayıb…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!