18 May 2026 / 15:10

Çin 5,2 bal gücündə zəlzələdən sarsıldı! 2 nəfər öldü…

İlkin məlumatlara görə, Çinin cənubundakı Guangxi Zhuang Muxtar Bölgəsində baş verən 5,2 bal gücündə zəlzələdə iki nəfər ölüb, 13 bina uçub.

Tezadlar.az xəbər verir ki, “Xinhua” agentliyi zəlzələnin yerli vaxtla saat 00:21-də (19:21 GMT) Guangxi əyalətinin Liujou şəhərində qeydə alındığını bildirib. ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) maqnitudanın 5,0 olduğunu bildirib.

Dövlət televiziyası CCTV ölənlərin 63 yaşlı kişi və 53 yaşlı qadın olduğunu və cütlüyün eyni dağıntılar altında öldüyünü bildirib.

Əvvəlcə itkin düşən 91 yaşlı kişi axtarış-xilasetmə qrupları tərəfindən sağ xilas edilərək xəstəxanaya aparılıb.

Hündürmərtəbəli binalarda yaşayan insanlar panikaya düşərək küçələrə axışıblar və dağılmış binaların ətrafında böyük dağıntı yığınları görünüb. CCTV zəlzələdən sonra ərazidən 7000-dən çox insanın təxliyə edildiyini bildirib.

Guangxi regional zəlzələ yardım mərkəzi səhər saat 2:00-da 3-cü səviyyəli fövqəladə vəziyyət elan etdi, Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi isə 4-cü səviyyəli fövqəladə vəziyyətə reaksiya verərək xilasetmə işlərinə dəstək olmaq üçün bölgəyə xüsusi xilasetmə qrupu göndərib. Bu arada, Çin Zəlzələ İdarəsinin də zəlzələdən sonra 3-cü səviyyəli fövqəladə vəziyyət elan etdiyi qeyd edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!