Məlum olur ki, deputat Günay Ağamalı efirdə deyib: “Uşaqpulu tənbəllik yarada bilər. Dövlət uşaqpulu versə, valideynlər işləməyəcək. Ailədə atanın işləməsi kifayət edir”.
Deputatın bu sözü sosial mediada sərt tənqid edildi. Sultanə adlı fb istifadəçi yazır ki, Sovet vaxtı uşaqpulu verilirdi, amma analar çoxuşaqlı idi, tənbəl deyildilər, həm də kolxozda sağıçı, pambıqçı, üçümçü… idilər…”.
Məhəmməd adlı istifadəçi isə yazır: “Uşaqpulu nə qədər olur ki, onunla kimsə tənbəl olsun? Sənin ümumiyyətlə maaşlardan, xalqdan xəbərin var? Sən bunları anlamazsan, amma dədən deyirdi ki, yaxşı maaş alır, amma meyvə almağa pulu çatmır. Özünüzə “millət vəkili” deməyi də tərgidin! Siz millətin vəkili deyilsiniz. Sual: Qızının adına keçirdiyin “Buta” bağçasını 1 milyon 500 min manata satırdın, sata bildin?”.
Və sair və ilaxır. Amma sonda bir məsələ: əgər deputatımız bu düşüncə və məntiqə malikdirsə, daha sözümüz yoxdur…
SƏBUHİ