Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2026 / 09:00

Gəmiqayırma zavodunda partlayış: 1 ölü, 36 yaralı

ABŞ-ın Nyu-York ştatındakı gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində bir nəfər ölüb, 36 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, Nyu-York Yanğından Mühafizə İdarəsi partlayışın Staten Adası ərazisindəki gəmiqayırma zavodunda yanğının söndürülməsi zamanı baş verdiyini bildirib.

Açıqlamada yanğın və partlayış nəticəsində bir nəfərin öldüyü, əksəriyyəti yanğınsöndürənlərdən ibarət 36 nəfərin yaralandığı, onlardan üçünün ağır vəziyyətdə olduğu qeyd edilib.

Nyu-York şəhər meri Zöhran Mamdani hadisə ilə bağlı mətbuat konfransında “Bu, mürəkkəb və sürətlə inkişaf edən təcili vəziyyət idi” deyib.

Açıqlamada əlavə edilib ki, hadisə yerində 200-dən çox yanğınsöndürən və təcili yardım işçisi olub və yanğın və partlayışın səbəbi araşdırılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!