Əsas məzmuna keç

9 – 12 manata satılan Monqolustan ətini də bahalaşdırdılar… (VİDEO)

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.

Tezadlar.az  xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.

Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.

Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…