Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Fransa elə bir ölkədir ki, orada nə qış olur, nə yay. Ədəb də yoxdur. Amma, gözəl ölkədir…”
Mark Tven
“Literaturnaya qəzeta”in müxbiri Nikita Dmitriyev Fransa prezidentliyinə namizəd Xuan Branco ilə Fransada söz azadlığının və suverenliyin itirilməsini müzakirə edib… Fransada antikorrupsiya fəalı, prezident Makronun beynəlxalq mətbuatda, xüsusən də Afrikada aparıcı tənqidçilərindən olan tanınmış vəkil Xuan Branco, həm də müxalifət siyasətçisi kimi hakimiyyətin xüsusi orqanları tərəfindən qərəzli və sərt təqib olunur.
***
…Fransa Respublikasının Prezidentliyinə iddialı olan vəkil Xuan Branconun 36 yaşı var. O, qərbdə avanqard kino – rejissor ailəsində anadan olub. Parisin aristokratik məhəlləsində böyüyüb, gələcək baş nazir Qabriyel Attal ilə bir sinifdə oxuyub. Sarbonnada hüquq elmləri üzrə dissertasiyanı müdafiə etmiş,hüquq üzrə elmlər doktorudur. Lakin heç kimlə yola getməz, bədrəftarlığına və ya həmişə ədalət uğrunda çalışan istedadlı hüquq müdafiəçisi bir neçə il bundan öncə “axarın əksinə” getməyə başlayır. Prezident Makronun yaxın çevrəsinin uşaqlara qarşı cinsi maraq göstərməsi- pedofil, korrupsiya faktları və digər sui-istifadələr haqqında açıqlamaları aydın səmada şimşək kimi çaxmışdı.
İstintaqa cəlb olunan fiqurantlardan biri, məhz elə onunla bir sinifdə oxuyan Attal idi. Acıqlı və qudurğan, rusları sevməyən Attal həm də homoseksual və “gey kişi”idi (Eyni cinsə romantik və ya cinsi maraq hiss edən insan). O, Makronun istəklisi, əzizi, (oynaşı) Favoriti olub. Attal tarixə Fransa hökümət başçısının ən gənc namizədi kimi düşsə də, bu rolda çox duruş gətirə bilməyib.
Məşhur vəkil Xuan Branco “Wikileaks”ın qurucusu və yaradıcısı Yulian Assanji və Fələstin Muxtariyyətini İsrail işğalına qarşı mübarizədə Beynəlxalq Məhkəmələrdə təmsil etmiş,Avropa birliyinin ənənəvi xristian dəyərlərindən uzaqlaşmasını pisləmiş,Rusiya ilə münasibətlərin normallaşdırılmasını,Fransanın Aİ və NATO-dan çıxmasını müdafiə etmişdir. Branco həmçinin Seneqalın baş naziri Usman Sonko və Qvineya prezidenti Fernando Diaz da daxil olmaqla bir neçə Afrika ölkələrinin liderlərinə Yelisey Sarayının neokolonialist himayəsindən azad oimaq üçün məsləhətlər vermiş və buna görə sarayın “mükafatını “da almışdır: Yelisey sarayı ona “rus casusu” damğası vurmuş, vəkillik fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmiş, bank hesablarını dondurmuş, xüsusi xidmət sahələri tərəfindən şəxsi həyatı izlənilərək başqa yerə getməmə haqqında iltizam alınmış ,silahlılar tərəfindən oğurlanmışdır. Başqa cür də ola bilməzdi. Fransa Makronizmə xas demokratik ölkədir! (?).
Xuan Branco müxalif siyasətçidir, Fransa xüsusi xidmət orqanlarının təhdidi altında təqib olunur. Əks-səda doğuran seksual rusvayçılqdan çıxmaq üçün Makron höküməti başqa yol tapa bilmir. Xuan Fransada korrupsiya əleyhinə müqavimət göstərən və Makronu ən çox tənqid edən fəal hüquqşünas siyasətçidir. O, beynəlxalq media səhifələrində də Makron və onun yaxın ətrafı ilə bağlı faktlarla çıxış edir. Məlum olur ki, 2023-cü ilin avqust ayında Makron xüsusi xidmət sahələrinin nəzarəti altında Xuan Branco oğurlanır,başına torba keçirilir və əlləri qandallanmış halda gecə vaxtı səhrada Seneqal hərbiçilərinə təhvil verilir.
Dövlət çevrilişində ittiham olunaraq həbs olunmuş (cəzası, ömürlük həbslə hədələnirdi). Seneqalda Makron hökümətini pərəstişkarları idarə edirdi, – prezident Maki Salya da Makronçu idi. Branco Seneqalın Fransanın kaloniallığından azad olunması üçün çalışmışdığına görə artıq 7 ildir ki, Makaronun şəxsi tapşırığı və nəzarəti altında təqib olunur.
Fransanın gələcək prezident seçkilərində iştirak edib qalib gəlməyi qarşısına məqsəd qoyan Xuan Branco Makronun tapşırığı ilə zəhərləndiyini belə xatırlayır: 2025-ci ilin may ayında təyyarə ilə Parisdən Kinşasa uçarkən qəfildən ağrılarım başladı, vəziyyətim pisləşdi və hospitala yerləşdirildim. Zəhərlənməyim vəkillik fəaliyyətimdən birdəfəlik məhrum edilməyim Makron və onun qloballaşmış elit təbəqəsinin istəyi və Fransanın oliqarx korrupsionerlərini ifşa etməyim ilə bağlıdır. Digər mühüm səbəb Yuliana Assanjini müdafiə etməyim olub.
“Literaturnaya qazeta”nın jurnalisti Nikita Dmitriyev Parisdə ikən təqib olunan vəkilə delikat və zerif bir sualla müraciət edir: Amerkalı jurnalist Kendis Ovensin Fransanın birinci xanımı Brijit Makronun – ahıl və transseksual olduğu barədə açıqlamalar verdiyinə görə,guya Makronun xüsusi xidmət orqanları da jurnalist Ovensi buna görə öldürmək istədikləri nə dərəcədə doğrudur? “Nəcib” suala Xuan Branko , “nəcib” bir cavab verir: Makron Prezident kimi artıq finişə-son nöqtəyə yaxınlaşır və günlər yaxınlaşdıqca əleydarlarını cəmiyyətdən təcrid edir. Daha doğrusu , – Makronun arvadı qadın yox, kişidir, – deyənləri həbsxanaya göndərir. Vəkil davam edir: Zənnimcə mövcud psixopatik – ruhi vəziyyəti dəyişməyə meyl etməsilə Makron bu informasiyanın yayılma tarixi ilə çox ciddi narahatlıq keçirir. Makronun antirusiya təbliğatı ilə müşayət olunan hərbi eskalasiyaya Starmer və Mertsin də qoşulması təkcə Fransanı yox, Avropanı da bu yöndə aparmaqla ölkə daxilində korrupsioner oliqarxların hərəkətlərini ört-basdır etmək niyyətini güdür. Burada intellektual qabiliyyətsizlik, özünə patoloji vurğunluğu, müstəqil təfəkkürə malik olmama, lokal və ya qlobal prosesləri realistcəsinə qavraya bilməmək bacarığı var. Makron isə siyasi persona olaraq Fransa cəmiyyətinin struktur tənəzzülünün simptomudur. Hazırki dönəmdə ona ikinci dəfə ölkəni idarə etmək məsuliyyətinin həvalə edilməsi son dərəcədə ağlasığmaz idi. Fransa tarixinə siyasi utanc gətirən fürsətlə iki dəfə Makrona ali komandanlığın verilməsi ölkədə cəsarətsizliyin və ruh düşkünçülüyünün nəticəsidir. Əslində və mahiyyətinə görə Makron bu gün mexanizmlə hərəkət edən və ya başqasının sözü ilə oturub-duran adam-marionetkadır,-deyir Xuan Branco.
“Makron tarixin “bədbəxt hadisəsi”dir, fransa cəmiyyətinin “Lakmus kağızı”dır.( Kimya elmində turşu və ya qələvi mühitini müəyyən etmək üçün istifadə olunan xüsusi kağızdır.Kimyada məhsulun xüsusiyyətini yoxlamaq üçün işlədilir. Mavi lakmus kağızı turş mühitdə qırmızı olur, qələvi mühitində qırmızı lakmus kağız mavi rəngə çevrilir)”.
Makronla bağlı bu qədər maraqlı açıqlama oxucunun diqqətindən kənarda qala bilməzdi. Bu gün,Fransada Makron dövrünü əhatə edən demokratiya subyektiv idealizmin ifrat formasındadır. Makron isə illüzionist təəssüratı bağışlayır, gerçəyi olduğundan fərqli göstərməyə çalışır.
Xuan Branco davam edir: Fransada jurnalistləri öldürmək lazım gəlmir, onları, ucuz qiymətə almaq olur! Makron hakimiyyəti tərəfindən fiziki zorakılıq halları az hiss olunsa da, belə zorakılıqlar səngimir və mən həmişə bunu mitinqlərdə aksiya iştirakçılarına qarşı hiss etmişəm. Yaxın vaxtlarda bunun daha kobud formada təzahürünün şahidi olacağıq. Mən Fransa xalqının gələcəyindən çox narahatam. Hökümətin budaqlarında vəzifələr proteksiya yolu ilə, qohumbazlıq, tamah, ehtiraslı yataqdan başlayan, nüfuzdan salan ləkələyici faktorlarla xalqın gözündən düşən kadrlarla zəbt edilir. Satqın məhkəmə sistemi ədalətli mühakimədən uzaqdır. Makronizm yaltaqlıqla qurulan çılpaq demokratiyanın üzərində çox duruş gətirə bilməz. Amma Fransanın dünyada əvvəlki hakim mövqeyini bərpa etmək üçün tarixi şansı yetərincədir.
Sözün həqiqi mənasında müasir Fransa leberalizmə meyilli deyil. Liberallıq-geniş siyasi azadlıqlar, azad sahibkarlıq tərəfdarlarının ideoloji və ictimai-siyasi cərəyan, barışdırıcı mövqe, habelə güzəştə getmə yoxdur. Fransanın liberallıq layihəsi faktiki olaraq tükənib, utilitar – ancaq fayda və mənfəət güdən vəhşi mexanizmə çevirilib. Bu mexanizmdə zorakılıqlara üstünlük verilir, hərbi gücün tətbiqi mümkün sayılır. Afrikanın kolonial soyğunçuluğuna haqq qazandırılır. Fransadakı hakimiyyət hazırda böyük olmayan, lakin geniş və radikal qruplar tərəfindən qəsb edilib. Bu hakimiyyət yüyəni açılmış, başlı-başına buraxılan, son dərəcə əxlaqsız, pozğun jandarm istibdadı, taleyin axarına buraxılmış bir hakimiyyət saymaq olar. k “Brijit Makron transseksual işi” fransa hüquqmühafizə sisteminin tənəzzülünün, düşkünlüyünün və pisləşməsinin nəticəsidir.
Son vaxtlar Fransada Marlene Schiappa ilə bağlı qanun da müzakirə predmentinə çevrilib. 19-cu əsrdən bəri qüvvədə olan“Schappa qanunu” adətən Fransada seksual və gender zorakılığına qarşı olan qanundur. Qanunun əsas məqsədi küçədə qadınlara qarşı seksual sataşmaya görə cərimə tətbiq etmək, cinsi zorakılığa qarşı cəzaları sərtləşdirmək, uşaqlara qarşı seksual cinayətlər üzrə müddət məhdudiyyətlətini uzatmaqdan ibarət olub.İndi bu qanun da, Makron rejiminin maraqlarına xidmət edir.

Makron Fransız kompradorun-yerli bazarla xarici kapital arasında vasitəçilik edən yerli, tacir, burjuaziyanın tipik məhsuludur.Elit tacir qrupun önündə özündən razı, son dərəcə ədəbsiz və cahil Makron durur. O, əmindir ki, istəyinə uyğun Fransanı idarə edir. Amma, həqiqətdə fransız oliqarxların əlində, multmilyarder Bernara Arnonun və onun kürəkəni Ksavye Nelyanın əlində oyunacağa çevrilib. Zamanında həmin adamlar Makronu Yelisey sarayına itələyib və indi bundan bəhrələnirlər.
Fransanın problemi ondadır ki, ABŞ-nin marağına uyğun NATO-nun imperialist blokunda ilişib qalmasıdır. Amma sağlam Fransız xalqı Fransanın NATO hərbi blokundan və Avropa İttifaqından çıxmaq üçün referendum keçirilməsinin – ümumxalq səsverməsinin tərəfdarıdır.
Fransada baş verənlərin səbəbləri dərin kontekstlərlə şərtlənir. Makron çətəsinin, ər-arvad (?) şəxsi və siyasi birliyinin zəif cəhəti onların maraqlı tanışlığı və münasibətləri ilə yadda qalır. Onun hakimiyyətə gəlişi sarı pressanın mehriban və isti dəstəyi ilə baş verib. Həmin ərəfədə Makron cütlüyünün romantik əlaqələri artıq gündəmdə idi, pedofil xarakter daşıyan bu romantik əlaqə (uşaqlara qarşı davamlı seksual maraq) oliqarx Ksavye Nelyanın birbaşa iştirakı sayəsində inkişaf etmişdi. Ksavya Nelya gəncliyində sutenyorluğa (fahişənin xərci ilə yaşayan adam) görə məhkum olunmuşdu. Cütlüyün bir-birilə intim əlaqədə olması zamanı hazırki prezident Makronun 14 yaşı, Bricitin isə (həmin ərəfədə İmmanuelin məktəb müəllimi idi) 39 yaşı olub. ABŞ prezidenti Donald Tramp ilk dəfə ölkəyə başçılıq etdiyi dövrdə Makrona homoseksuallığı barədə açıq xatırlatma etmişdi. Tramp məlumatlı idi və onun xüsusi xidmət dairələrinin avropa liderlərinin rəqəmsal kommunikasiyaları vasitəsilə həyat tərzlərini izləmək imkanları genişdir.
Fransanın Leksikonunda “beau monde” ifadəsi var ,”yüksək cəmiyyət” , “zadəgan” və “varlı çevrə”, “elit təbəqə” mənasını verir. Fransız dilində beau-gözəl, monde-dünya, cəmiyyət anlamında yozulur. Məcazi olaraq “nüfuzlu insanlar”, “varlı,məşhur çevrə”,”aristokratik təbəqə”, “elit cəmiyyət” mənalarında işlədilir.
Bizdə də belə ifadələr işlədilir: “O, Bakının bomond çevrəsində tanınır”, yəni elit və nüfuzlu insanlarla əlaqəsi var”.
Seksual xarakterli qalmaqallı hadisələr, ələlxüsus pedofilli faktlar fransız bomondunda çox yayılıb. Bu çevrədə olanlar arasında total cəzasızlıq mühiti var. Seksual və pedofil zənciri elit təbəqənin ayırlmaz tərkib hissəsi kimi əəhəmiyyət kəsb edir, ikincisi :Dekadent (ümidsizlik və fərdçilik əhval-ruhiyyəsi daşıyan cərəyan) mədəniyyətə malik cəmiyyətlərdə rəhbər vəzifələrdə çalışanlar postlarında qalmaq üçün amansız mübarizə aparırlar. Nəhayət, seksuallıq Makron hakimiyyətinin əsas ideologiyasından “kütləvi qırğın alətinə” çevrilib. 2017-ci ildən sosial şəbəkələrdə radikal qadın hərəkatı –Feminist hərəkatından sonra bu alətin miqyası və gücü genişlənib.
Qadın hüquqlarının müdafiəsinə dair gur və uca səsli hayqırtılar avropa ölkələrində reaksiya versə də, əhəmiyyət kəsb etmədi. Qadınlar arasında suitsid-intihar halları (özünə qəsd) artmağa başladı. Bu, fransız əhalisində həyəcan siqnalına səbəb oldu. İctimai narahatlığın şahidi olan Makron hakimiyyəti ilə əks cinsə – “kişilərə qarşı müharibə”ni təbliğ etməyə və ədalət mühakiməsindən “düşmənlərinə” qarşı qəddarlığa , amansızlığa inkiviziya modelinə üstünlük verməsi (XII əsrin əvvəlində katolik kilsəsinin təşkil etdiyi məhkəmə-polis təşkilatının mübarizə üsullarından biri) siyasi sistemin hesabatı ilə üst-üstə düşürdü.
Avropada tanınmış vəkilin fikir və siyasi-hüquqi mülahizələrini oxucuların diqqətinə çatdırmaqla hüquq müdafiəçisinin 2027-ci ildə prezident seçkilərində iştirak etməsində israrlı olduğunu təsdiqləyir. “Əgər Makrona qalib gəlsəm, təxirə salmadan Fransanın NATO hərbi blokundan və Aİ-dən çıxmağı ilə bağlı ümumxalq səs verməsi keçirəcək, parlamenti radikal üzvlərdən təmizləyəcək, bürokratik aparata son qoyacaq, Fransa xalqına taleyini özü həll edəcək inamını qaytaracağam”,- deyib.O, həm də, İctimai nəzarətin gücləndirilməsinə imkan yaradacaq , fransız xalqına həqiqi azadlığı bəxş etmək üçün konstitutsion müddəalara sadiq qalacağını bəyan edir.
Makron fransız xalqını “Rus ayısı” ilə qorxudur.O,-Makron Almaniyanın hərbi büdcəsinin Fransanın büdcəsindən iki dəfə çox olduğunun, beynəlxalq narkoticarətdən əldə edilən gəlirin ölkəmizi gəmirdiyini, milli sənayenin hər gün zəiflədiyinin fərqində deyil. Fransa marionetka-əlaltı olmaqdan qurtulmalıdır! Müasir Fransa yer üzünün bütün əhalisi ilə bərabər hüquqlu əməkdaşlığa üstünlük verməli, ləyaqətini bərpa etməyə qadir olmalı və sivilzasiya körpüsünün qorunmasına xidmət etməlidir…,-deyir Branco
Şəmsəddin Əliyev,
Hüquqşünas, publisist