Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (“Rospotrebnadzor”) Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib. Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Rusiyada “Vedi-Alko”, “Abovyan konyak zavodu” və “Şahnazaryan Şərab-konyak evi” istehsalçılarının şərab və konyak satışı dayandırılıb. Qadağan olunan məhsullar arasında “Getap Vernaşen” (11 % spirt, 0,75 l); “Vedi Alko” Xarci, “Arni əfsanələri” (12 % spirt, 0,75 l); “Erməni konyakı 5 ulduz” (40 % spirt, 0,5 l); “Şahnazaryan XO” (40 % spirt, 0,5 l) içkiləri də var. Bundan başqa “Çestnıy znak” dövlət markalama sistemi Ermənistandan idxal olunan təxminən 37 milyon şüşə “Cermux” mineral suyunun satışını da bloklayıb.
Qeyd olunur ki, “Rospotrebnadzor”da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.
Ermənistan mediası isə yazır ki, Azərbaycanla yaxınlaşma imkan verir ki, Rusiyanın qəsdən qadağa qoyduğu bu məhsullar Azərbaycana ixrac olunsun…
A.Məmmədli