Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada böhran ölkənin Avropa Birliyinə üzv olmaq cəhdləri ilə başlayıb. Tezadlar.az xəbər verir ki, Putin bu barədə Qazaxıstana dövlət səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında, Ermənistanla bağlı sualı cavablandırarkən danışıb. Rusiya lideri Ermənistana Avrointeqrasiya prosesini davam etdirmək qərarı verəcəyi təqdirdə hər şeyi diqqətlə nəzərdən keçirməyə çağırıb. Putinin sözlərinə görə, o, Ermənistanın baş naziri Nikol Paşinyan ilə söhbətində bildirib ki, Ermənistan üçün faydalı olan hər bir addım Rusiya üçün də qəbulolunandır: “Mən Ermənistanın baş nazirinə dedim: ‘Ermənilər üçün yaxşı olan hər şey Rusiya üçün də məqbuldur. Erməni xalqının maraqlarına uyğun hesab etdiyiniz kimi hərəkət edin. Hazırda hakimiyyətdəsiniz və qərarlara görə məsuliyyət daşıyırsınız’. Mən bunu əvvəllər də demişəm. Ukraynada böhran onun Avropa İttifaqına üzvlük cəhdləri ilə başladı. Biz buna qarşı deyildik”, – deyə Putin bildirib.