Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2026 / 18:47

Adil Əliyev qazi ilə bağlı haqqında paylaşılanlara sərt etiraz etdi

Bəsi sosial platformalarda sabiq deputat, Suraxanı rayon İH- nin başçısı Adil Əliyevin bir qazi ilə görüşünü əks etdirən video paylaşılıb. Tezadlar.az xatırladır ki, həmin videonu şərh edənlər başçının qazinin gözünün müraciəti ilə bağlı müraciətinə A.Əliyevin qeyri- adekvat cavabını müzakirə etməkdədirlər. RİH başçısı Adil Əliyev bu məsələyə özünün fb platformasında sərt cavab verib. Sitat: “Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar.
Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam. Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir…”.
Sitatın sonu.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!